Rafael Ağayev karyerasını bitirmək istədiyi vaxtı açıqlayıb
Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafel Ağayevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.
Azia.az "Report"a istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.
O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: "Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".
Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.