azia.az
azia.az

AVRO-2020: Ən çox qolu Ronaldo vurub, ən çoxu qolu Uğurcan çıxarıb...

24-06-2021, 14:25

AVRO-2020: Ən çox qolu Ronaldo vurub, ən çoxu qolu Uğurcan çıxarıb...

“Avro-2020”nin qrup mərhələsinin ən yaxşı göstəricilərinə malik futbolçuların adları bəlli olub.

AZİA.AZ UEFA-nın hazırladığı statistik hesabata istinadən xəbər verir ki, ən çox qolu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vurub. O, 5 dəfə rəqib qapılarına yol tapıb.

Ən çox qol ötürməsi verən futbolçular Danimarka millisindən Pyer-Emil Xeybyerq və İsveçrə millisindən Stiven Suberdir – hərəyə 3 dəfə.

Ən çox maksimal sürəti olan futbolçular (33.8) İtaliya millisindən Leonardo Spinatsiola və Macarıstandan Loik Neqodur.

Rusiya millisinin oyunçusu Aleksandr Qolovin qrup mərhələsinin ən çox məsafə qət edən futbolçusu olub – 36.0 km.

Kriştiano Ronaldo, Patrik Şik (Çexiya) və Alvaro Morato (İspaniya) zərbələri qapı çərçivəsinə ən çox gedən futbolçulardır (hərəyə 6 dəfə).

Ən çox dəqiq ötürmə edən futbolçu İngiltərə millisindən Ris Ceymsdir (99 faiz – 84 dəqiq ötürmə).

Rəqibdən topu ən çox alan futbolçular sırasına Macarıstan millisindən Ottilo Fiolo, Endre Botko və Avtriya millisindən Ştefan Layner (hərəyə 11 dəfə) başçılıq edir.

Türkiyə millisinin oyunçusu Uğurcan Çakır isə ən çox seyv edən (18 dəfə) qapıçı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi