"Hoffenhaym"ın türk futbolçusu Kərəm Dəmirbay Türkiyə millisində oynamağa qərar verib.
azia.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.
Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi üçün FİFA-ya müraciət edilib. Ali futbol qurumunun qərarından sonra K.Dəmirbay milliyə dəvət ediləcək.
Ötən mövsüm "Hoffenhaym"da 27 oyun keçirən futbolçu 6 qol vurub, 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Almaniya və Türkiyə mətbuatı Kərəmin Bundestimdə oynamağa qərar verdiyini yazmışdı. Ancaq o, son anda qərarını dəyişərək "ay-ulduzlular"ı seçib.