"Barselona" 3 ulduzla anlaşdı, birinin cavabını gözləyir
"Barselona" 2021/22 mövsümü üçün heyətini yeni transferlərlə gücləndirəcək.![]()
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi daha bir futbolçu ilə razılığa gəlib. Bu, mövsümün sonu "Liverpul"la müqaviləsi başa çatan Corcino Veynaldumdur. 30 yaşlı yarımmüdafiəçi "Barselona" ilə 2024-cü ilin iyununadək razılığa gəlib. Jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, keçid yaxın günlərdə rəsmən açıqlanacaq.