"Barselona" açıqladı: Ardanı satmırıq!
"Barselona" Arda Turanı satacaqları iddialarına münasibət bildirib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun nümayəndəsi Roberto Fernandes türk yarımmüdafiəçini satmağı düşünmədiklərini deyib:
"Arda çətin mövsümü geridə qoydu. Hamımız bilirik ki, o, əvvəlki illərdə daha yaxşı oynayırdı. Ardanın "Atletiko"dakı kimi oynamağını gözləyirik. Onu satmağı heç vaxt düşünməmişik. Çünki komandanın önəmli futbolçularından biridir".