azia.az
azia.az

Dekabrda Serbiyada keçirilməsi nəzərdə tutulan güləş üzrə dünya çempionatının planı təsdiqlənib

13-10-2020, 10:39


Oktyabrın 12-də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

AQzia.az xəbər verir ki, iclasda dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planı təsdiqlənib. Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq UWW-nin bürosu qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.

UWW-nin prezidenti Nenad Laloviç deyib: "Güləşin dekabrda geri qayıtmasına nikbin baxırıq. Bizim üçün ən önəmlisi idmançıların, məşqçilərin və əməkdaşlarımızın təhlükəsizliyidir və Belqradda bunun üçün tələb olan bütün təhlükəsizlik tədbirlərinə riayət ediləcək".

İclasın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi