azia.az
azia.az

Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti – FOTO

27-06-2019, 10:09

Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti – FOTO
San-Trope sahillərində paparatsilərin kamerasına tuş gələn dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges və 4 uşağı ilə birgə istirahət etdiyi dəbdəbəli yaxta sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. Dünya mətbuatında yaxtanın qiyməti ilə bağlı maraqlı məlumatlar yayılıb. “Afrika” adlanan motorlu yaxtanın qiyməti 19 milyon dollardır. Bir həftəlik icarə haqqı 228 min dollar təşkil edir. Burada 12 nəfər rahat istirahət edə bilər. Yaxtada biri lüks, dördü standart, biri də ekipaj üçün olmaqla altı kayut var. Qonaqların qulluğunda isə doqquz nəfər ekipaj üzvü dayanır. Yaxtada əylənmək üçün bir çox vasitələr var.
Bu iri ölçülü yaxtanı görənlər heyrətlənirlər. Belə ki, onun uzunluğu 492 metrdir. Jurnalistlər zarafatla Ronaldonun yaxtada rahat şəkildə qaçışla məşğul ola biləcəyini də qeyd ediblər.
Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti – FOTO
Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti – FOTO
Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti – FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi