azia.az
azia.az

Boksçumuzun Avropa Oyunlarında ilk rəqibi erməni olacaq

21-06-2019, 10:12

Boksçumuzun Avropa Oyunlarında ilk rəqibi erməni olacaq
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb. Oxu.Az xəbər verir ki, bu gün start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.
Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur. İdmançılarımızdan kubalı legionerimiz, Olimpiya mükafatçımız Lorenso Sotomayor ilk görüşündə erməni boksçu ilə qarşılaşacaq.

Kişilər

21 iyun, 1/16 final

-56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)

-91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)

+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final

-60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

-69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)

-75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi

-81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)

23 iyun, 1/16 final

-64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)

1/8 final

-49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final

-52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

Qadınlar

24 iyun, 1/8 final

-69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi