azia.az
azia.az

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər

Bu gün, 10:25

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.

Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.

Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 17:10 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən suda boğulma hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Dərhal hadisə yerinə briqada cəlb olunub. 

2 nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi