DİN futbolçunun bıçaqlanmasına GÖRƏ AÇIQLAMA YAYDI
DİN-in regional qrupundan BAKU.WS-ə bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
"Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür",-deyə məlumatda qeyd olunur.
***09:17
"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur".
Azia.az xəbər verir ki, bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.
"Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.
***08:01
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Azia.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V.Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.