azia.az
azia.az

Sumqayıtda mebel alqı-satqısı adı altında 12 min manatlıq dələduzluq edilib

Dünən, 20:41

Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.

APA DİN-ə istinadən xəbər verir ki, zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12 000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

Faktlar üzrə araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi