Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb
Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.