azia.az
azia.az

Məktəb direktorunu və ƏRİNİ görün kim öldürüb-FOTO

13-02-2024, 17:40

Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda bir ailənin üç üzvü - 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetirilib.


Məlumata görə, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında da qeyd edilib.


Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.


Mehman Əhmədov isə dəmir yolu işçisi olub. 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.


Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.


Qeyd edək ki, ailə üzvlərinin qətlində şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi