BakuNews.az əməkdaşlarına yalan məlumat verən Mütəllim müəllim Prezdentin tapşırıqlarından göründüyü qədər xəbərsizdir. Cənab İlham Əliyev çıxışlarında qeyd edib ki, “hər bir məmur jurnalistin verdiyi suallara dəqiq və dolğun cavab vermək məcburiyyətindədir”. 5 saylı məktəbdə Psixolog olan Mütəllim Ümüdi öz vəzifəsini unudaraq, RTŞ daimi sakininə çevrilib. Bununla yanaşı da Surxay Mirzəyevin şəxsi müdafiəçisi (vəkili) rolunun baş ifaçısıdır. S.Mirzəyevin korruptiv əməllərinə don geyindirməklə onun haqqlı adımlar atdığına özünü inandırdığı kimi jurnalistləridə buna inandırmağa çalışır. Bu müdafiə sayəsində məktəblərə işçi təyin edib çıxarma səlahiyyətlərinə malik olmağı bacarıb. Əslində isə Təhsil şöbəsinin metodisti Müsaməddin Qurbanov bütün bu səlahiyyətləri icra edə biləcəyi halda niyə məhs Mütəllim...? Surxay Mirzəyev o qədər qarışıq işləyir ki, kimin hansı işi görə biləcəyini belə unudub. RTŞ fəaliyyəti ilə əslində fəaliyyətsizliyini nümayiş etdirməkdədir. Təhsil nazirliyi S.Mirzəyevin fəaliyyətindən narazı olsada, nazirlikdə onun qoruyucu mələkləri işinə son verilməsinin qarşısını almaqdadır. Həmkarlar İttifaqının sədri Şəhla xanım və nazirlik nümayəndələrinin həmrəkliyindən Tərtər təhsili ucurumun kənarındadır. S.Mirzəyevin vəzifədə qalması artıq Tərtər təhsilinin bitməsinə rəvac verməkdədir...Nazirliyi verdiyi qərarlara hörmət etməyən, onların təqdim etdiyi tövsiyə və qanunları heçə sayan, RTŞ müdiri Tərtər şəhərini biznes poliqonuna çevirib. S.Mirzəyev direktor postundan tutmuş dərs saatlarına qədər hər bir işi artırma yolu ilə satışa çıxarıb...- desək yanılmarıq. Bütün bunlar isə nazirlikdə oturan bəzi səlahiyyətli şəxslərin bilgisi çərçivəsində baş verir. Medianın yazdıqların isə yalan kimi nazirə təqdim edilir. BakuNews.az xəbər verir ki, RTŞ müdirinin havadarları onu Nazirin qarşısında müdafiə edir və həqiqətləri Mikayıl Cabbarovdan gizlədirlər. Bütün bunların sayəsində isə Surxay Mirzəyev isə cəzasız qalır...
Bakunews.az dəfələrlə qeyd edib ki, Tərtər təhsili məhvlə üz-üzədir. Keçən yazılarımızda qeyd etmişdik - Surxay Mirzəyev 1 saylı şəhər məktəbini neçə aylardır rəhbərsiz saxlayıb. Buna səbəbsə həmin direktor vəzifəsini satışa çıxarmasıdır. Əldə etdiyimiz məlumatda məlum olub ki, Tərtər rayon 1 saylı şəhər məktəbinin yeni direktoru Əkbərova Gülarə Əkbər qızı olması ilə bağlı artıq əmr verilib. Əmrin verilməsi isə təbii ki yazılarımızda qeyd etdiyimiz “şirinlik” məsələsindən sonra reallaşıb. BakuNews.az-ın 35 min posta təklif edən direktorla bağlı silsilə araşdırmasını fürsət bilən RTŞ-nin müdiri əl altından dboş direktor məqamını satışa çıxarıb. Həmin posta görə 15 min təklif etmiş Gülarə Əkbərovanın təyinatı nail olmağı başaran S.Mirzəyev yüksək dərəcəli müəllimə olduğun subut etmiş N.Muradovanın geri dönmə ümidlərin alt-üst etdi. Diqqətinizə çatıraq ki, nazirliyin qərarına görə, direktor vəzifəsini icra edən şəxsin digər məktəbə keçirilməsi ilk öncə onun fəaliyyətinin araşdırılmasından sonra həyata keçirilə bilər (bununla bağlı qanunu abzastın sonunda olduğu kimi oxuya bilərsiniz). Amma gördüyümüz tamamiylə fərqli mənzərədir. Bir litsey direktoru niyə orta məktəb direktoru olmaq istəsin sualı bizi çox düşündürdü... Normalda məktəb direktorları Litsey rəhbəri olmaq üçün illərin qurban edirlər...
DİQQƏT! NAZİRLİYİN QƏRARINDA DEYİLİR:- 4.3. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011- ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) və bu Qaydaların 4.4-cü bəndinin tələbləri gözlənilməklə, habelə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə Nazirlik tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayan müddətə uzadıla bilər.
- Direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır.
P.S. Fəaliyyəti dövründə tədris müəssisəsinin adı heç harda hallanmayıb. Sizcə bu müəmma deyil nədir. Təhsil nazirliyinə nə cür bir təqdimat hazırlana bilər əgər bir məktəb direktorun naliyyəti gedəcəyi məktəbin nüfuzu qədər deyilsə. Həmin məktəbdə bu direktor hansı təhsil yüksəlişinə nail ola bilər...?
Müəmmalı təyinatın tarixdən bu günə... - Gülarə Əkbərova - İlk öncə - Gülarə Əkbərova haqında qısa da olsa əldə edə bildiyimiz qədər məlumatı sizlərə təqdim edirik:
“Belə ki, xanım müəllimə “rus dili” fənn müəlliməsidir. Tərtər rayonunda direktorluğa 2007-ci ildən başlayıb, buna qədər isə adi fənn müəlliməsi olub. Müəllimə işləyən xanım 2007-ci ildə Yevlax rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbulunda olur. Qəbulda hansı danışıqlar getdiyini deyə bilməsəkdə, onu qeyd edə bilərik ki, Gülarə Əkbərova həmin günün səhəri Tərtər RTŞ tərəfindən məktəb direktoru təyinatını alır. Məktəb direktoru keçdikdən sonra arzuların çin olması xanım müəlliməni yeni xahişlərə sövq edir. Yenidən başçının qəbulunda olaraq həyat yoldaşını vəzifə verilməsinə nail olur. Həyat yoldaşı Natiq Allahverdiyev vəzifəyə gətirilir. Sonra isə Regional maliyyə üzrə Tərtər rayonunun baş mühasibatı vəzifəsinə təyin edilir. Gəncənin hazır ki, İcra başçısı E.Vəliyevin kadrları kimi heç kəs onlara toxunmaq cürətinə sahib deyildir. Əldə etdiyimiz məlumatda isə E.Vəliyevin kadrı olan Tərtər RİH başçısı M.Məmmədov Vəliyevin tapşırığı ilə onun xahiş etdiyi kəslərin vəzifələrinin yüksəlməsinə maniəllər yaratmayacağı sözünüdə verdiyi qeyd edilir.”Tərtər təhsilində baş verənlərin mülahizəsi: “Əslində N.İbrahimovun 35 min təkliflə direktor keçmə istəyi S.Mirzəyevin istəkləri ilə düz gəlsədə, RTŞ müdirinin istəyi əmrləri səsiz şəkildə icra etmək olub. G.Əkbərovanın təyin ediləcəyi sən demə elə bir ay bundan öncə məlum imiş. Bu təyinatın mediada yazılmaması üçün S.Mirzəyev yaxşı bir teatr qurur. 1 saylı məktəb direktoru olmaq istəyən tamaşasını hazırlayır. Bu tamaşada baş rolu kim oynamaq istər deyə bir sual yaranar. Direktor olmaq üçün kim nə təklif edər sualı həmin tamaşanın baş qəhrəmanını müəyyən etməyə yeterli olacaqdır – deyə S.Mirzəyev düşünür. Elədə olur. N.İbrahimov yüksək məbləğlə tamaşanın baş rollunu əldə edir. Media rayon təhsilində korriptiv əməllərdən xəbər tutduqda artıq baş rolda olan N.İbrahimov hədəfə çevrilir. Bütün media bir mənalı olaraq N.İbrahimovla S.Mirzəyevin anlaşması üzərində mülahizələr apardı. Son iki həftədə isə S.Mirzəyevin mediaya açıqlama verməməsi müəmmaların ilması düşüncəsini yaratdı. Burda hansısa məqsədin icrası həyata keçməsi süpələri haqqlı olduğumuzu bir daha subut etdi. Əslində isə məqsəd medianı yayındırmaq 15 min təklifi alaraq, bununla yanaşı E.Vəliyevin Tərtərdə olan kadrının istəyini sorğu-sualsız icra etmək olub. G.Əkbərovanı 2 saylı məktəb-litseyindən 1 saylıya direktor təyin etdirmək. S.Mirzəyev qurduğu tamaşa sayəsində həm öz istəyini həmdə vəzifəli şəxslərin istəklərini həyata keçirməyə nail oldu desək yanılmarıq. Bununlada S.Mirzəyevdə E.Vəliyevin və M.Məmmədovun qoruması altına keçmək şansı qazandı – “SADİQLİK” fənərin yandırdı. Bütün bu tamaşa oynanılan zaman media RTŞ tənqid etdiyi zaman çərçivəsində S.Mirzəyevdən başqa bütün Tərtər rayonu dillə gəldi. Yalnız S.Mirzəyev və G.Əkbərovadan başqa hamı danışdı.”
Bax buna demək olar ki super tamaşa göstərildi... ALQIŞ!!! ALQIŞ!!! ALQIŞ!!! . Əslində bizim təqdim etdiyimiz ilk məlumatdada məhs G.Əkbərovanın direktor olması şansıda yüksək dərəcədə qeyd edilmişdi. Regional maliyyə baş mühasibi olan həyat yoldaşına qarşı hətta Müstəqim Məmmədovla yanaşı Surxay Mirzəyevində onların istəyinə yox deyə bilməyəcəyini xüsusi ilə qeyd etmişdik.
Niyə Nəcibə yox əvəzində Gülarə ...? Surxay Mirzəyev bu sualın cavabını vermək məcburiyyətindədir... Tərtər təhsilində yaşanan biabırçılıqların son verməsi üçün hansı tədbirləri görmüsüz cənab müdir.
Azertac dövlət informasiya agentliyi qeyd edir:05.01.2016 - 2014/2015-ci tədris ilinin “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında Tərtər şəhər 1 nömrəli tam orta məktəb də var. Məktəbin direktoru Nəcibə Muradova AZƏRTAC-a müsahibəsində bu uğurun əsas səbəbini yüksək nizam-intizam, müəllimlərin əməyi və şagirdlərin təhsilə olan marağı ilə əlaqələndirib. Bildirib ki, 112 yaşlı təhsil ocağında 1100 nəfər şagirdin təlim-tərbiyəsi ilə 124 müəllim məşğul olur. Məktəbin yeni binası 2012-ci ildə istifadəyə verilib. Yeni təlim metodlarının tətbiq edildiyi məktəbdə tədrisin keyfiyyəti yüksək səviyyədədir. Məktəbin uğurları barədə məlumat verən N.Muradova bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının məzunları həm buraxılış imtahanlarında yüksək nəticə göstərir, həm də hər il yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar. 2014-2015-ci tədris ilində məktəbi bitirən 56 məzundan 32-si ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, onlardan 24-ü tələbə adını qazanıb. Məktəbin şagirdləri fənn olimpiadalarında, müsabiqə və idman yarışlarında da uğurla çıxış edirlər. Direktor qeyd edib ki, məktəbin “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində qalib olması və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən mükafatlandırılması müəllim və şagirdlərdə böyük ruh yüksəkliyi yaradıb. Təhsil ocağının kollektivi bundan sonra da öz fəaliyyəti ilə bu uğurun davamlı olmasına çalışacaq.
05.01.2016 – Bu tarix tərtər təhsilində qızıl həriflərlə qeyd edilib. Tərtər təhsilinə rəhbərlik edən Surxay Mirzəyev bu tarixə qədər uğurun sədasından xəbərsiz olub. Nəcibə Muradova ona uğur sədasını yaşamasına vəsilə oldu. “Ən yaxşı ümumi təhsil müəssisəsi” siyahısında 89 sırada məhs N.Muradovanın adı xüsusilə qeyd edilməkdədir.
“Ən yaxşı ümumi təhsil müəssisəsi” - 89 - Muradova Nəcibə Teymur qızı - Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbin direktoru
19.09.2016 - Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzə ətrafında Köçərli kənd tam orta məktəbin direktoru Nizami Hüseynov, Ələsgərli kənd tam orta məktəbin məzunu Vəfa Əlizadə, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, 632 bal toplamış Nərmin Qasımo-vanın valideyni Almaz Qasımova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, Zolgörən kənd tam orta məktəbin gənc müəllimi Şəhanə İmanzadə çıxış etdilər. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması və müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı. Tədbirdə “Ən yaxşı ümum-təhsil məktəbi” müsabiqəsində birinci yeri qazanmış şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edildi.
Qeyd edək ki, Surxay Mirzəyev tutduğu əməlləri ilə danışdıqları onu ifşa etməyə yetərlidir. Buyurub oxuya bilərsiniz Yeni Tərtər qəzeti yazır:
P.S.S. Qəzetin yazdıqları ya səhvdir ya da Surxay Mirzəyevin əməlləri korriptiv xarakteri daşıyır. Başqa yolun olmayan S.Mirzəyevin qazanc mənbəyi kimi dərəcəsi olan xanımı işindən azad etmək. Bunu isə saxta sənətlər tərtib edərək guya özün 65 yaşın tamam etdiyindən ərizəsi ilə çıxıbmış kimi mediaya təqdim edirlər. Amma bir daha anladıq ki, Mütəllim müəllim səmimi suallarımıza cavab verəcəyini deməsi adi bir sözdən ibarət imiş. Mütəllim müəllimin Nəcibə xanım barəsində dedikləri tamamiylə yanlış və S.Mirzəyevin tutduğu korruptiv əmələrinə haqq qazandırmağın nümunəsi oldu. Müəllim adına yarşmayan yalan məlumat verməyi biz sizə Mütəllim bəy heçdə yaraşdıra bilmədik. Tərtər təhsili, təhsilin adına yaraşmayan yalan danışma sistemi üzərində üzərində qurulub. “Yeni Tərtər” qəzetinin yazdığı ilə dövlət saytı olan Azertac informasiya agentliyinin yazdıqları üst-üstə düşür. Bəs onda Niyə N.Muradova naliyyətinə görə işində deyil. Onun işdən çıxmasını guya öz ərizəsi ilə çıxdığı bildirilirdi. Bu gün dəyərli xanım müəllimə Nəcibə Muradova ilə əlaqə saxladıq RTŞ-nin qeyd etdiklərini ona bildirdik. N.Muradova isə öz ərizəsi ilə işdən çıxmadığını bildirdikdən sorakı söhbətlərdə TŞ-nin ona qarşı atdığı adımdan müəllimənin nə qədər nikbin olduğu səsindən belə anlaşılırdı. Nəcibə Muradovanın haqqsızlığa uğradığı və hətta bunu dilə gətirməsədə cəmiyyətin gözü tərəzidir. İllərin həsr etdiyi məktəbin adının yüksəklərdən dalğalanan bayraq tək yaddaşlara yazılması onun istəyi olmadan işinə son verilməsi hər bir vicdanlı vətəndaşı narahat etməlidir.
BakuNews.azNövbəti yazımızda:
Şəhər 2 saylı məktəb-lisey direktoru Gülarə Əkbərova 512 çagirdini 78 müəllim heyəti ilə yüksək dərəcə əldə edə bilmədiyi halda niyə 1 saylı tam orta məktəbə keçid edir...? - Bütün çılpaqlığı ilə hər detalı diqqətinizə çatıracağıq...
İmtahansız qəbul müqavilə ilə götürülən müəllimlərin aqibəti barədə düşünən olubmu...?
N.İbrahimovu medianın qəhrəmanına çevirməsi nədən xəbər verir...?
S.Mirzəyevin N.İbrahimovla hansı səbəbvə ya səbəblərdən düşmənçilik mövqeyində durub...?
Müqavilə ilə işə götürülən müəllimlərin taleyi necə olacaq...?
Bu müəllimlər bu gün maaş verən RTŞ sabah onlardan aldığı rüşvətlərin cavabını verə biləcək..?