azia.az
azia.az

Yuxu dərmanları 25 yaşlı qızın həyatına SON QOYDU

23-02-2024, 09:03

Bakıda ölüm hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 25 yaşlı A.Mirağayeva həddən artıq dərman qəbul edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Lakin burada göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
A.Mirağayevanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İddiaya görə, onun qəbul etdiyi preparatlar yuxu dərmanları olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi