Avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var
Bakının Yasamal rayonunda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azia.az APA-ya istinadən xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub. Hadisə nəticəsində hər iki piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.