Yeniyetmələr arasında KÜTLƏVİ DAVA-YARALILAR var
Xəbər verilir ki, Xaçmaz rayonunda kütləvi dava olub, iki qohum xəsarət alıb.
Xaçmaz şəhər sakini, 2003-cü il təvəllüdlü Hacıyev Abgül Rövşən oğlu və onun bibisi oğlu, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Xasməmmədov Nicat Dəyanət oğlunun "Zəfər" parkında tanımadıqları şəxslərlə aralarında mübahisələri düşüb.
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Nəticədə qohumlar müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.