azia.az
azia.az

Bakıda qohumlar arasında silahlı insident

24-05-2023, 19:23

Bu gün saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. 

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. 

 

Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb. 

Ə.Orucov xəstəxanaya yerləşdirilib. 

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi