Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb
Bakıda 44 yaşlı kişi bıçaqlanıb. Hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.
Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. //Press.az