azia.az
azia.az

YOL POLISI ILƏ NARKOLOJI DISPANSERIN ƏMƏKDAŞLARI ƏLBIR OLUB SÜRÜCÜLƏRƏ NECƏ TORBA TIKIR?- VIDEO

13-03-2022, 13:37

DYP və böhtançı həkim ortaqları ağzında dişi əskik olan sürücüləri narkoman hesab edir
YOL POLISI ILƏ NARKOLOJI DISPANSERIN ƏMƏKDAŞLARI ƏLBIR OLUB SÜRÜCÜLƏRƏ NECƏ TORBA TIKIR?- VIDEO
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz yaşayış massivi, Elşən Məhərrəmli küçəsi, ev — 14 ünvanda yaşayan 1989 təvəllüdlü Məcidov Mirzağa Məhərrəm oğlu “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək, polis böhtanına məruz qaldığını bildirmişdir. Əməkdaşımıza müsahibə verən M.Məcidov demişdir ki, yanında köməkçi işlədiyi rəngsaz usta ilə birgə ikincinin ata yurdu Lənkərana qonaq gedibmiş. Rayondan 10 fevral 2022-ci il tarixdə birlikdə Bakıya qayıdarkən usta özünə məxsus 90 CM 445 dövlət nömrə nişanlı “Mersedes” markalı sükanı idarə etməyi ona etibar edib. Mirzağanın avtomobil idarə etmək hüququ verən sürücülük vəsiqəsi də üstündə olub. Dövlət Yol Polisinin 99 YP 570 nömrəli ekipajı yolda onların avtomobilini saxlatdırıb. İlk əvvəl gənc polis inspektoru Mirzağanın idarə etdiyi avtomobulin farasının yanmadığını irad tutub. Sonra isə…


M.Məcidovun dediklərindən: “Məndən alkoqol qəbul edib – etmədiyimi soruşdu. “Yox” dedim. Soruşdu ki, narkotik qəbul etmişəmmi, dedim “yox”. “Müayinədən keçə bilərsənmi?” – dedi. Dedim: “Hə”. Bu dəfə mən ondan soruşdum ki, niyə məndən şübhələnir. Cavb verdi ki, “sir – sifətindən narkomana oxşayırsan”. İlk əvvəl polisin Lənkəran Narkoloji Dispanserinə gedib sidik testi verdim. Birinci testin nəticəsi təmiz çıxdı. Bu, polisi qane etmədi. Onun israrı ilə elə həmin sidik nümunəsindən ikinci dəfə mənim iştirakım olmadan analiz götürdülər. Bu dəfə necə oldusa, nəticə “pozitiv” çıxdı, guya mən “metadom” deyilən narkotik maddə qəbul edibmişəm. Mən etiraz edib daha bir sidik analizi verməyə hazır olduğumu dedim. Müayinə həkimi Əfsanə xanım növbəti analiz üçün 10 manat istədi. Mən həmin pulu təklif edəndə polis inspektoru “pozitiv” çıxan nəticəni təsdiq edən sənədi qapıb dedi ki, mənə elə bu lazımdır. Mən metadomun nə olduğunu Əfsanə həkimdən soruşdum. Dedi ki, bu dərmanı adətən narkotik iynəsi vurduran şəxslər atırlar ki, qəbul etmədikləri növbəti günlərdə ağrı təsiri hiss etməsinlər. Ondan da soruşdum ki, nəyə görə mənim narkoman olduğunu düşünür. Qəribə olsa da, cavab verdi ki, bəs “sənin ağzında dişlərin tökülüb, ona görə”. Yeri gəlmişkən, onu da deyim ki, həmin gün qrafikə görə növbədə Əfsanı xanım deyil, başqa kişi həkimin adı yazılmışdı. Görünür, Əfsanə həkim belə işlərdə, yəni, narkomanı üzdən tanımaqda pərgardır”.

M.Məcidov ertəsi gün Lənkəran şəhərindəki “Medican Hospital” özəl klinikasında, fevralın 12-də isə Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində test vermiş, onların da nəticəsi neqativ çıxmışdır. Əlində həmin nəticələri təsdiqləyən tibbi rəylər də vardır. Ancaq nədənsə, polis yalnız özünə sərfd edən “pozitiv” nəticənin üstündə möhkəm dayanıb və həmin rəyi təsdiqləyən sənədi məhkəmə-tibb ekspertizasına göndərib.

M.Məcidov onu da deyib ki, Lənkəran Şəhər Rayon Polis İdarəsinin 109-cu kabinetində xidmət edən polis zabiti Rəsul Şükürov ondan 400 (dörd yüz) manat rüşvət istəyib, qarşılığında “təmiz” çıxaracağını vəd edib. Məcidov təbii ki, bu təklifə razı olmayıb. Çünki qarşılaşdığı ədalətsizliklə barışmaq istəməməsi bir yana, üstəgəl, həm də kasıb adamdır. Atası Məhərrəm kişi də lal-kardır. O üzdən Baş Dövlət Yol Polisi İdarəsinə gedərək orada şikayət ərizəsi yazıb.
YOL POLISI ILƏ NARKOLOJI DISPANSERIN ƏMƏKDAŞLARI ƏLBIR OLUB SÜRÜCÜLƏRƏ NECƏ TORBA TIKIR?- VIDEO
Bütün bunları öyrənəndən sonra redaksiya olaraq öz növbəmizdə qarşı tərəfin mövqeyini bildirməsi üçün Lənkəran ŞRPİ-nin DYP şöbəsinin rəisinə, sonra da həmin inspektora zəng etdik. Telefona cavab vermədiklərindən, vatsap mesajları yazıb münasibətlərini bildirmələrini xahiş etdik. Sonra polisdəki hörmətli həmkarımız Elşad Hacıyevlə əlaqə qurmağa çalışdıq, bu da alınmadı. Ən nəhayət, Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini əvəzi Mübariz Ağayevlə telefonla təmasa çıxdıq. M.Ağayev fikrini bildirdi ki, məhkəmənin gələcəyi nəticəni gözləmək məqsədə uyğundur: “Bəlkə o şəxs metadom deyil, başqa bir maddə qəbul edib…”

Doğrudan da qəribə işdir, deyilmi? Belə çıxır ki, yol polisi istənilən adamı özünün mülahizələrinə görə zahiri görkəmindən narkomana oxşada bilər, həkim – narkoloq dişi tökülmüş adamın narkotik aludəçisi olduğu qənaətinə gələ bilər. Gəlin razılaşaq ki, belə yanaşma sonunda korrupsiya hüquqpozmasına şərait yaradan böhtana xidmət eləməklə yanaşı, həm də özündə təhqir elementi daşıyır. Bəlkə bir adamın orqanizmində yod, kalsium çatışmazlığına görə sümükləri zəifdir, dişi tökülür, stomatoloqa düzəltdirməyə isə maddi imkanı çatmır? Polis, tibb işçisi onu məsxərəyə qoymalı, şərləyib hüquqlarını tapdalamalıdırmı? Bundan başqa, heç axtaran olubmu ki, Məcidov “metadonun təsiri altında” hansı hərəkətləri edib? Narkotik maddənin təsiri altında olan şəxs ya ondan ləzzət alar, ya da təsirinin azalmasından ağrınar, “lomkaya” düşər. Mirzağa isə üç gün dalbadal testdəın keçmək üçün narkoloji müəssisələrə ayaq döyüb.
YOL POLISI ILƏ NARKOLOJI DISPANSERIN ƏMƏKDAŞLARI ƏLBIR OLUB SÜRÜCÜLƏRƏ NECƏ TORBA TIKIR?- VIDEO
İndi də gözləyir ki,nə vaxt Lənkəran rayon məhkəməsindən onu get gələ salacaqlar. Yol Polisi nəyə görə 3 dəfə ayrı -ayrı dispanserin verdiyi rəyləri qənaətbəxş hesab etməyib?

P.S. Bu arada qeyd edim ki, tanışlardan biri, belə hadisənin DYP-nin Ekologiya Postunda baş verdiyini danışdı. O, bildirdi ki, sürücüdən 2500 manat aldıqdan sonra buraxıblar. Araşdırmamız davam etdiyi üçün növbəti məqalədə bu barədə yazacağıq

Mövzunu davam etdirəcəyik

Mövzuya qayıdacağıq.

Deryaz.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi