azia.az
azia.az

Ana oğlunu buna görə həbs etdirdi-TƏFƏRRÜAT

27-02-2023, 19:50

Qobustanda evə sərxoş gəlib, qabları sındıran şəxsi anası həbs etdirib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Qobustan rayonu, Nabur kəndində baş verib.
11 iyun 1990-cı ildə dünyaya gələn Camil adlı şəxs fevralın 23-də sərxoş vəziyyətdə evə gəlib və anası Çiçəklə mübahisə edib. Bu zaman anasına əsəbləşən Camil evdə olan əşyaları sındırıb. Oğlunun hərəkətlərinə dözməyən ana bu barədə Qobustan rayon Polis Şöbəsinə məlumat verib. 

Məhkəmənin qərarı ilə Camil İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi