Türkiyədə baş verən zəlzələlərdə dağılan və 105 nəfərin öldüyü binanın sahibi 84 yaşlı Arif Sami Rende yenidən saxlanılıb.
Yenilik.az xəbər verir ki, bundan əvvəl Rende vəkillərinin etirazı ilə yaş həddi əsas götürülərək sərbəst buraxılmışdı. Bu gün isə haqqındakı məlumatlar təsdiqini taparaq Hatayda tutulub.Hazırda o, Əskişəhər həbsxanasında saxlanılır.