azia.az
azia.az

İcra başçısı evi dağılmış vətəndaşı ələ saldı: Kərpicdən yox, daşdan tikərdiniz... - Ağcabədidə Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR?

16-07-2021, 11:38


Xəbər verdiyimiz kimi, Vətən müharibəsindən sonra zərər görmüş evlərin təmiri, bərpası, yenidən tikilməsi üçün dövlət büdcəsindən pul ayrılıb və bu yöndə işlər aparılır. Lakin bu sahədə də qanunsuzluqlar, vətəndaşların incidilməsi, məmur özbaşınalığı hökm sürür.
İcra başçısı evi dağılmış vətəndaşı ələ saldı: Kərpicdən yox, daşdan tikərdiniz... - Ağcabədidə Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR?
Yenicag.az xəbər verir ki, Vətən müharibəsi zamanı Ağcabədi rayonu Qaraxanlı kəndində dağılmış evlərin təmirində ayrıseçkilik salınır.

Belə ki, Qaraxanlı kənd sakini Fərzəliyev Cabbar Fətən oğlunun evinin arxasına 1 oktyabr günü top mərmisi düşüb. Zərbə nəticəsində kərpic evin 2/3 hissəsi qəzalı vəziyyətə düşüb. Cabbar Fərzəliyevin sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin məmurları onların evini təmir etmək istəmir:

“Müharibədən sonra evimizin təmir edilməsi üçün müraciət etdik, ancaq məmurlar bunu etməkdən boyun qaçırdılar. Buna görə də, ölkə prezidenti İlham Əliyevə müraciət etdim. Daha sonra şəxsən Baş prokuror Kamran Əliyevlə telefonla danışmışam. İcra başçısının birinci müavini Rövşən Əhmədov, Memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı Səfər Səfərov mənə dedi ki, əlin hara qəlbidir, get əlini ora qoy. Evimin təmir edilməsi üçün müraciət etmədiyim qurum qalmayıb, ancaq buna heç kim baxmır. Yenə də, ümidim prezident İlham Əliyevədir”.

Cabbar Fərzəliyevə məxsus ev kərpicdən tikilib. Mərminin zərbəsi nəticəsində evin arxa tərəfindən böyük hissəsi uçub, tökülüb.

Cabbar Fərzəliyev uçmuş yerə klyonka çəkərək, ailəsi ilə qışı orada keçirib:

“Oğlumun körpə uşaqları var. Bu evdə yaşamağa məcburuq. İcra başçısı Rafil Hüseynov başda olmaqla, bütün komissiya üzvləri insanları təhqir etmək, dövlət büdcəsindən ayrılmış pulları yeyib-dağıtmaqla məşğuldurlar. Mənə deyirlər ki, kərpic verək evin uçmuş yerini hörün. Onlara deyəndə ki, bünövrə yerindən oynayıb, evin 2/3 hissəsi qəzalı vəziyyətə düşüb, kərpici yerinə qoymaq evin təmir olunması deyil. İcra hakimiyətindən gələnlər dedilər ki, kərpicdən yox, daşdan tikərdiniz. Kənddə elə evlər var ki, onlara zərər dəyməmişdi, məmurlara pul verdilər, evləri təmir olundu. Mənim dağılmış evimə baxan yoxdur”.

Sözü gedən evdə mərminin zərbəsi nəticəsində evin divarlarının necə dağıldığını, evin hər yerində çatlar yarandığını müşahidə etdik. Kənd sakinləri ilə söhbət zamanı da, bildirdilər ki, bu kənd Ağcabədi Rayon İcra Hakimiyəti tərəfindən unudulub. Rüşvətsiz icra hakimiyəti kəndə yaxın belə gəlmir.
İcra başçısı evi dağılmış vətəndaşı ələ saldı: Kərpicdən yox, daşdan tikərdiniz... - Ağcabədidə Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR?
İcra başçısı evi dağılmış vətəndaşı ələ saldı: Kərpicdən yox, daşdan tikərdiniz... - Ağcabədidə Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR?
İcra başçısı evi dağılmış vətəndaşı ələ saldı: Kərpicdən yox, daşdan tikərdiniz... - Ağcabədidə Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi