azia.az
azia.az

Kütləvi dava, üç nəfər öldürüldü - HADİSƏ YERİNDƏN VİDEO

12-02-2023, 14:35

Gecə Bakıda kütləvi dava olub, nəticədə iki nəfər ölüb.

Azia.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, ağır cinayət saat 2 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Kəndçi küçəsində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerində rayon polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Ərazidə olan müşahidə kameralarının köməyi ilə çox çəkməyib ki, cinayətdə şübhəli bilinən şəxslər saxlanıblar.

Faktla bağlı cinayət işi başlanıb, 4 nəfər şübhəli şəxs qismində saxlanıb.

Gecə daha bir ağır cinayət paytaxtın Xəzər rayonunda baş verib.

Binə qəsəbəsi ərazisində 55 yaşlı Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin ifadəsində kişi həyat yoldaşını aralarında yaranmış münaqişə zamanı kəsici alətlə öldürdüyünü etiraf edib.

Qonşuların sözlərinə görə, ailə sakit və mehriban olub.

Faktla bağlı rayon prokurorluğunda ''xüsusi amansızlıqla adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi