Məktəbin qarşısında şagirdi döyüb qolunu sındırAN GÖRÜN KİMDİR
Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.
Hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.
O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.
Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.