Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.
Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.
DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər

FHN Xidmət rəisi: "Eurohome”da çatışmazlıqlar aradan qaldırılmadı, nəticədə yenidən yanğın baş verdi”
Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd
DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Şumlanmayan sahələrə subsidiya verilib - Kənd Təsərrüfatı Nazirliyində nə baş verir?
