azia.az
azia.az

İranda daha 3 azərbaycanlı həbs olundu: Ölənlərin sayı 400-ü ötdü – FOTO

19-11-2022, 12:35


İranda etirazlarda 402 nəfər həlak olub.

Azia.az  xəbər verir ki, bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin tələbəsi qoşulub.

Məlumata görə, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi