Kənd bələdiyyə sədri ölü TAPILDI (VİDEO)
Türkiyənin Tokat bölgəsində 3 nəfərin güllələnmiş meyiti tapılıb.
Azia.az yerli mediaya istinadən xəbər verir ki, güllələnənlərdən biri kənd bələdiyyəsinin sədri Bahattin Karnak, digər 2 nəfər isə kənd sakinləri olub.
İlkin təsbitlərə görə, şəxslərin öz aralarında yaranmış fikir ayrılığı nəticəsində bir-birini güllələdiyi hesab edilir.