General qızının 7 milyonluq çantası OĞURLANDI
İkinci Dünya Müharibəsi illərində Xarkov və Belqorod uğrunda döyüşlərdə iştirak edən Sovet generalı İvan Şevçenkonun nəvəsinin 7 milyon rubl dəyərində dəbdəbəli brend çantası oğurlanıb.
Azia.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 50 yaşlı qadın çantanı təmir üçün Moskvanın 1-ci Tverskaya-Yamskaya küçəsində yerləşən sexə verib.
Çantanı qəbul edildikdən sonra müştəriyə bazar ertəsindən təmirə başlayacaqlarını bildirsələr də, həftəsonundan sonra məlum oldu ki, bahalı aksesuar yoxa çıxıb.
Hazırda Oleq adlı sexin işçisi oğurluqda şübhəli bilinir. Bəzi məlumatlara görə, indi həmin şəxs Rusiyadan kənardadır və əlaqə saxlamır.