azia.az
azia.az

Azərbaycanlı kriminal avtoritetin istintaqı BAŞA ÇATDI – TƏFƏRRÜAT

1-11-2022, 14:56


Rusiya İstintaq Komitəsi “Alik Rıjı” ləqəbli kriminal avtoritet Əli Heydərovla bağlı araşdırmaları başa çatdırıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, istintaq sübut edib ki, Əli Heydərov Azərbaycan vətəndaşı Mətləb Sultanov tərəfindən qətlə yetirilib.

Belə ki, Sultanov fitness klubda öz qurbanına beş dəfə atəş açıb. Nəticədə Heydərov yerindəcə keçinib.

Hadisə yerindən ictimai nəqliyyatla aralanan Sultanov yolda bir nəfərlə öz gödəkcəsini dəyişib.

Məlum olub ki, dəyişdiyi gödəkcədə ona çatacaq pul mükafatı olub. Amma qısa müddətdə Moskva polisi Sultanovu ələ keçirə bilib.

İstintaq Komitəsinin qənaətinə görə, Sultanov bu cinayəti tək yox, başqa şəxslərlə birgə həyata keçirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi