Qazinin başına oyun açan, baş prokurora şikayət edilən iş adamı Emil Səməndərov üçün STOP - Vergidən də yayınıb (FOTOFAKT)
Tanınmış iş adamı Emil Səməndərovun ölkədən çıxışı məhdudlaşdırılır.
32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb iş adamı E.Səməndərovun rəhbəri olduğu "Progress 2016" MTK-nın dövlətə küllü miqdarda borcunun olmasıdır. Sözügedən MTK-nın hazırkı borcu 76 min manatdan çoxdur.(76252.94AZN)
Xatırladaq ki, Emil Səməndərov qazinin evini bir neçə şəxsə satmaqla gündəmə gəlmişdi. Son dönəmlər isə 13 ildir satdığı mənzilləri sahiblərinə təhvil vermədiyi üçün sakinlərin etirazına səbəb olub.