azia.az
azia.az

“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR

24-10-2021, 10:23



“Qızın 2 adaxlısı”, mənzilin isə 3- 4 sahibi var…

“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR
Emil kimi iş adamlarını Qarabağa mina təmizləməyə göndərmək lazımdır ki…


Məşhur “ O olmasın, bu olsun” operettasında Məşədi İbadın başına gələnlər bu gün Azərbaycan vətəndaşlarının başına gəlir.
Operettada Rza bəy necə deyir ?
-Məşədi, a kişi, bu nə əhvalatdır, deyirlər qızın 2 adaxlısı var imiş…
Bu gün vəziyyət daha qəlizdir. Bir qızın, daha doğrusu, bir mənzilin 2 yox e, 4-5 “adaxlısı-sahibi” var.
Həqiqətən də son 15-20 ildə Azərbaycanda tikinti bumu artdıqca, problemlər də artır.

MTK-ların vətəndaşlar üçün yaratdığı problemlər günbəgün artır. Müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmələr isə ağızlarına su alaraq susurlar. Vətəndaşlar isə dələduzluqla üz-üzə qalırlar.
Təsəvvür edirsiniz vətəndaş 40-50 min pul ödəyib mənzil alır və bəlli olur ki, mənzil neçə il əvvəl başqa şəxsə satılıb. Vətəndaş məhkəməyə müraciət edib, amma nəticə yoxdur. Vətəndaş heç olmasa, pulunu geri almaq istəyir, bunu da ala bilmir.
Belə faktlar bir deyil, iki deyil, heç yüz də deyil.
Statistikaya görə, Bakıda 3000-dən çox yeni bina tikilib. İndi təsəvvür edin “qızın neçə adaxlısı” var, yəni minlərlə hüququ pozulmuş mənzil sahibləri var.
Bu məsələ artıq ölkə səviyyəsində ciddi problemə çevrilib.
Belə MTK-lardan biri də “Proqress 2016” MTK-dır.
Bu MTK-nın rəhbəri Emil Səməndərovun Vətən müharibəsi şəhidinin ailəsini aldatması ilə bağlı xəbəri ölkə mediası paylaşıb. Emil Səməndərov Vətən Müharibəsi şəhidinin qanuni mənzilini başqasına satıb.
Qısa məlumat üçün bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi şəhidin ailəsi heç olmasa, Azad Zeynalovun ödədiyi pulu tələb edir, Emil Səməndərov isə pulu qaytarmır.
Təsəvvür edirsiniz şəhid belə iş adamları üçün canını qurban verib. İş adamı isə barı şəhidin pulunu ailəsinə qaytarmır.
Əslində belə iş adamlarının bircə cəzası var. Belələrini minalanmış sahələrə mina təmizləməyə göndərmək lazımdır ki, insan həyatının nə olduğunu başa düşsünlər.
Bir müddət əvvəl “Proqress 2016” MTK ilə bağlı Abşeron məhkəməsində istintaq prosesinin başlanıldığı barədə xəbərlər yayılmışdı. Sonu nə oldu ?
Nə qədər istintaq olar ?
Belə şirrkətlər barəsində hər gün yuxarılara yüzlərlə, minlərlə şikayət ərizələri göndərilir. Niyə bu şikayətləri araşdıranlar yoxdur ?
İndi məlum olub ki, Allah qoymasa, Emil Səməndərovun başqa bir MTK-sı da var imiş - “Hayan E” MMC.
Bu şirkət də vətəndaşlara mənzil atmaqla, payçıları aldatmaqla məşğul imiş.
Bu şirkətə 30 min manat ödəyib 3 ildir mənzil gözləyənlər var.
Son olaraq iki məsələni qeyd edək:

Birincisi, cəzasızlıq olan yerdə belə problemlərin olması reallıqdır.
İkincisi, “Proqress 2016” MTK ilə bağlı son vaxtlar mediada yayılan sistemli və ardıcıl xəbərlər deyəsən Emil Səməndərovu təşvişə salıb.
Daxil olan xəbərlərə görə, cənab Səməndərovun həbsi yaxın zamanda reallaşacaq.
P.S Redaksiyamıza zəng vuran Emil Səməndərova bircə cümlə söz demək istəyirəm. Kişi
sözü üzə deyər, telefonda dediklərini isə sənin sülalənə qaytarırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi