İranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər.
Azmedia.Az xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.
Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir.
Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.

İran molla rejiminin sonu yaxınlaşır - Cənubi Azərbaycan ya müstəqil dövlətə çevriləcək, ya da Azərbaycana birləşəcək
"Harada olurdumsa Laçına qayıtmağa tələsirdim" – Qəzənfər Hüseynov (FOTOLAR)
Şumlanmayan sahələrə subsidiya verilib - Kənd Təsərrüfatı Nazirliyində nə baş verir?
