azia.az
azia.az

Yanan bazarın rəhbəri: “Sığortamız bitib, 300 ailə çörəksiz qaldı”

24-10-2022, 12:54


Xəbər verildiyi kimi, oktyabrın 23-də Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 kv.m sahədə yanıb. Ölkəmizdə bundan öncə də dükan və bazarlarda baş verən yanğınlarla bağlı dəyən ziyanın kim tərəfindən ödənilməsi məsələsi gündəmə gəlib. Dəyən ziyanın ödənilməsi üçün isə mağaza və məhsulları sığortalamaq lazımdır. 

Bəs Sabirabaddakı bazarda fəaliyyət göstərən dükanların sığortası varmı? Onlara dəyən ziyana görə təzminat ödəniləcəkmi? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Sabirabad şəhəri Mərkəzi Bazarın rəhbəri Əli Seyidov mağazaların sığortasının olmadığını bildirib: 

“Bazarın sığorta müddəti bu ilin mart ayında bitmişdi. Əsasən, geyim və cehizıik əşyaların satıldığı mağazalar yanıb. 300-dən çox sahibkara ziyan dəyib. 300 ailə çörəksiz qalıb, hamının nəyi var ordaydı, hamı gözünü ora dikmişdi. Dövlət bu ailələrə kömək eləməlidir”. 

O, hazırda istintaq getdiyini, bazarın yanma səbəbinin araşdırıldığını deyib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi