Samandaşıyanlar CƏZALANDIRILDI
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarına rast gəlinib.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları sürücülərlə profilaktiki söhbət apararaq bildirib ki, nəqliyyat vasitəsində normadan artıq yük daşınması həm təhlükəli həm də yolun asfalt örtüyünün vaxtından əvvəl xarab olmasına səbəb olur.
Qaydaları pozan 10-a yaxın sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub.