azia.az
azia.az

Diananın ərinin şirkəti Azərbaycanda ödəmələrdən yayınıb

12-10-2022, 11:10


Azərbaycanlı model Diana Əhədpurun həyat yoldaşı, iranlı iş adamı Manuçehr Əhədpur Xangahın şirkəti məhkəməyə verilib.

OLAY qafqazinfo-ya istinadən yazır ki, Azərbaycanda kürü və balıq məhsulları istehsalı üzrə tanınan “Caspian Fish Co Azerbaijan” MMC barəsində İnzibati Xətalar Məcələssinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Şirkət az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Caspian Fish”i inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, işə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası oktyabrın 26-na təyin olunub.

Onu da bildirək ki, “Caspian Fish” şirkəti 2001-ci ildən fəaliyyət göstərir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi