azia.az
azia.az

SON DƏQİQƏ! Uşaq bağçasına hücum edildi - Xeyli sayda ölü var (YENİLƏNİB)

6-10-2022, 14:08


Tailandın şimal-şərqində uşaq mərkəzində baş vermiş atışma nəticəsində daha 2 nəfər ölüb.

32gun.az  xarici KİV-ə istinadən xəbər verir ki, bununla da həlak olanların sayı 36-ya çatıb. Bildirilib ki, ölənlərdən 24-ü uşaqdır. Məlumata görə, azı 12 nəfər yaralanıb. 

Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.

***12:07

Tailandın şimal-şərqindəki Nonq Bua Lamphu şəhərində məktəbəqədər uşaq mərkəzinə silahlı hücum olub.

32gun.az xəbər verir ki, hücum nəticəsində azı 30 nəfər, o cümlədən azyaşlılar həlak olub.

Qeyd olunur ki, naməlum şəxs həm odlu silahdan atəş açıb, həm də bıçaqla insanlara hücum edib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

Həmin şəxsin keçmiş polis əməkdaşı olduğu müəyyən edilib. Hazırda polis silahlı şəxsin axtarışlarını həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi