Yaralı hərbçilərimizi atəşə tutdular - VİDEO
Ermənistan ordusunun hərbi cinayətlər törətməsinə dair təkzibolunmaz sübutlar əldə olunub.
Qazet.az xəbər verir ki, Müvafiq görüntülər “Cailber”in “Telegram” kanalında yayımlanıb.
Videoda Ermənistan hərbçilərinin yaralı Azərbaycan əsgərlərini nizamsız atəşə tutması əks olunub. Hərbi geyimli erməni cinayətkarlar bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olaraq, Azərbaycan hərbçilərini sözün əsl mənasında, gülləbaran edirlər.
Görüntülərin dəqiq tarixi bilinməsə də, hərbi cinayətlər köhnəlmir və unudulmur.