“Lotu Quli” klanı adından xərac yığan azərbaycanlı Peterburqda tutuldu - Saxta pasport, tapança… (FOTO)
![]()
Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı Sərxan Əsədov saxlanılıb.
Sfera.az-ın məlumatına görə, xüsusi əməliyyat qrupu onu şəhərin Kronştadt küçəsində saxlayıb və dərhal avtomobilində axtarış aparıb. Avtomoildən “Smith Wesson SW9VE” markalı tapança və iki dolu daraq aşkarlanıb.![]()
İlkin araşdırmalar zamanı məlum olub ki, Əsədov 3 il öncə Peterburqdan deportasiya edilibmiş. O, sonradan Musayev adlı şəxsə məxsus saxta pasportla şəhərə qayıda bilib.
İlkin dindirmə zamanı o da məlum olub ki, Sərxan Əsədov “Lotu Quli” klanına yaxın şəxs sayılır. O, Peterbruqda ticarətlə məşğul olan azərbaycanlılardan Quli klanı adına xərac yığırmış.![]()