Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Mehnur” loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) cinayət işi başlanılıb.