azia.az
azia.az

Bakıda qadın özündən 13 yaş böyük ərini belə öldürdü - TƏFƏRRÜAT / VİDEO

3-09-2022, 16:06

Bakıda qadın özündən 13 yaş böyük ərini belə öldürdü - TƏFƏRRÜAT / VİDEO
Xəbər verdiyimiz kimi, dünən günorta saat 12 radələrində paytaxtın Xətai rayonunda Bakıda kikboksinq üzrə məşqçi olan 48 yaşlı Nurani Qalabəyli qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, Neapol küçəsi 41 ünvanında yaşayan 48 yaşlı Nurani Qalabəylinin mənzildə öldürülməsi barədə Xətai Rayon Prokurorluğuna məlumat daxil olub. Həyat yoldaşından 13 yaş kiçik olan Əfsanə Qalabəyli şübhəli şəxs qismində saxlanaraq istintaqa təhvil verilib. Qonşuların sözlərinə görə, 4 uşaqlı ailə bir neçə ildir ki, həmin mənzildə kirayə qalırmış.

Sakinlər deyiblər ki, qətldən sonra ağır psixoloji duruma düşən qadın qışqıraraq binanın qarşısında qaçmağa başlayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Əfsanə Qalabəyli barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi