"Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
Müdafiə Nazirliyinin strukturuna daxil olan korpusun hüquqşünası vəzifəsində çalışan Rahib Məmmədov saxlanılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, R. Məmmədov "Tərtər işi" ilə bağlı şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, eyni iş üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun da saxlanılması barədə məlumat yayılıb.