azia.az
azia.az

Azərbaycanda sərxoş halda avtoşluq edən vəzifəli şəxslər saxlanıldı

21-07-2022, 18:38

Azərbaycanda sərxoş halda avtoşluq edən vəzifəli şəxslər saxlanıldı
Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.
Xəbər verilir ki, ŞİH-in Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, sürücüsü və icra başçısının işləri üzrə baş mütəxəssis Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə, sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanılıb: “Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi