azia.az
azia.az

Istirahət mərkəzində partlayış olub, yaralananlar var

30-08-2022, 21:51


Istirahət mərkəzində partlayış olub, yaralananlar var
Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Istirahət mərkəzində partlayış olub, yaralananlar var
Bu barədə "Report" Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

19:59
Abşeron rayonunda istirahət mərkəzində partlayış olub.

"Report" xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi