azia.az
azia.az

Sumqayıtda güclü partlayış baş verib: Yaralılar var

10-11-2021, 10:20

 Sumqayıtda güclü partlayış baş verib: Yaralılar var
Sumqayıt şəhərində Texnologiyalar Parkının törəmə şirkəti "STP AH" MMC-də partlayış hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.

Partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Əldə etdiyimiz məlumata görə, onlardan biri ağır, digəri yüngül xəsarət alıb. Əraziyə təcili tibbi yardım cəlb edilib və yaralılar xəstəxanaya çatdırılıb.

Müəssisədən partlayışın başvermə səbəbi, xəsarət alanların kimliyi və vəziyyəti ilə bağlı hər hansı açıqlama verilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi