azia.az
azia.az

FHN Xırdalanda partlayışın mümkün səbəbi ilə bağlı məlumat yaydı — FOTOLAR

4-08-2022, 09:35

FHN Xırdalanda partlayışın mümkün səbəbi ilə bağlı məlumat yaydı — FOTOLAR
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
FHN Xırdalanda partlayışın mümkün səbəbi ilə bağlı məlumat yaydı — FOTOLAR
FHN Xırdalanda partlayışın mümkün səbəbi ilə bağlı məlumat yaydı — FOTOLAR
FHN Xırdalanda partlayışın mümkün səbəbi ilə bağlı məlumat yaydı — FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi