Xəzər dənizində faciə yaşanıb
Xəzər dənizində FACİƏ: Qayıq sürən 15 yaşlı oğlan öldü
Xəzər dənizində faciə yaşanıb.
Azia.az Lent.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.
Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.
Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.