Bu qız hər gün Xəzər dənizində çimir: Yay-qış fərq etmir
Qazaxıstanlı Zarina Andryuşina Aktau şəhərində Xəzər dənizinin buzlu sularına bikiniylə girərkən görüntülənib.
Azerbaycaninfo.az xəbər verir ki, yanvarın 30-da çəkilən görüntüyə görə, 33 yaşlı Zarina dənizin su hissəsinə çatmaq üçün buzları qırıb. Yay-qış hər gün dənizə girdiyini deyən 1 uşaq anası buzlu suda üzməyin sağlamlığa faydalı olduğunu deyir.
Rusiya ilə yanaşı, Çin və Yaponiyada da buzlu suda üzmək ənənə halını alıb. (publika.az)