azia.az
azia.az

Azərbaycan polisinin 15 il axtardığı Aybəniz görün harda tutuldu

6-07-2022, 08:31

 Azərbaycan polisinin 15 il axtardığı Aybəniz görün harda tutuldu
Azərbaycan polisinin 15 il axtardığı Aybəniz görün harda tutuldu. Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub. Məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Aybəniz Səfərzadənin Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən Aybəniz Səfərzadə aprelin 26-da saxlanılıb.

Məlumata görə, Aybəniz Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.

Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb.

Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi