Azia.az-a verilən məlumata görə,Azərbaycanda Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olan N.Haşımova saxlanılıb.